Təzəpir məscidi: dini-ruhani
ocaq, milli mənəviyyat
abidəsi və parlaq memarlıq əsəri
kimi
(davamı)
1905-1914-cü illərdə tikilən Təzəpir məscidi hazırda məscid kompleksə çevrilmişdir. Tikinti işləri aparılan
zaman ziyarətgaha yaxın köhnə tikililər sökülmüş
və küçələr
genişləndirilmişdir.
Məscidin Şərq qapısı yenidən
tikilmişdir və maraqlı dizaynı ilə diqqəti cəlb edir. Məscidin həyətində qadın
və kişilər üçün rahat və geniş yeraltı dəstəmaz otaqları qurulmuşdur.
Məscidin qapısının sağında dəfn olunmuş Nabat xanımın qəbri təmir olunmuş və ona yaxın
geniş pilləkan yenisi ilə əvəz olunmuşdur.
Kompleksin
ayrıca qazanxanası,
mükəmməl su təhcizatı, havalandırma
və digər kommunikasiya sistemləri, xüsusi istilik sistemi qurulmuşdur.
Məsciddə eyni vaxtda təxminən
500 dindarın namaz qılması mümkündür. Məscidin birinci
mərtəbəsi kişilər
üçün, ikinci
mərtəbə isə
qadınlar üçün
nəzərdə tutulmuşdur.
Məscidin bütün günbəzləri
yenidən qurulmuş və qızıl suyuna çəkilmişdir. Vaxtilə məscidin
müxtəlif guşələrində
və tavanında böyük zövqlə Qurani-Kərimin bir çox ayələri işlənmişdi. Sovet dönəmində
onların üstü
örtülmüş və
məhv edilmişdi.
Quranın bu ayələri yenidən bərpa olunaraq nəfis şəkildə
qızılı hərflərlə
divarlara həkk olunmuşdur.
Təzəpir məscid kompleksinin
həyətində Qafqaz
Müsəlmanları İdarəsinin
əvvəlki binası,
mədrəsə və
ətrafındakı bəzi
evlər sökülmüş,
onların yerində hər cür texniki tələblərə
cavab verən dörd mərtəbəli
Qafqaz Müsəlmanları
İdarəsi və İslam Universitetinin inzibati binaları, qonaq evi və
300 nəfərlik konfrans
salonunun tikintisi başa çatmışdır.
Dördmərtəbəli kompleksin ümumi
sahəsi 40 min kvadratmetrdir.
Məscidin daxilindəki əsas çilçırağın çəkisi
ağır olduğu üçün başqası
ilə dəyişdirilmiş,
işıqlandırma sistemi
müasir üsulla qurulmuşdur. Tavan və divar suvaqları ilkin memarlıq nümunələri
saxlanılmaqla, yeni texnologiyalar əsasında
müasirləşdirilmişdir. Məscidin irili-xırdalı 100-dən çox
qapı və pəncərələri dəyişdirilmişdir.
1926-cı ildən məscid
kinoteatr kimi istifadə olunduğu üçün binanın
daxili quruluşu dəyişdirilmiş və
dini rəmzlər məhv edilmişdi. Yeni tərtibatda
sovet dövründə
məscidin daxili və xarici görünüşünə edilən bütün əlavələr aradan qaldırılmışdır. Bu əsaslı işlərdən
sonra Təzəpir məscidi Təzəpir məscid kompleksinə çevrilmişdir.
Bəli, Təzəpir məscid kompleksi tam hazırdır. 95 il əvvəl bu məscidin açılışı dövlət
səviyyəsində qeyd
olunmamışdı, çünki
o zaman müstəqil Azərbaycan dövləti
yox idi. Yaxın günlərdə bütün
Azərbaycan dindarları
və dövlət rəsmiləri Təzəpir
məscid kompleksinin təmir, bərpa və yenidən qurulmasından sonra onun açılışına
toplaşacaqlar. Bu təntənəli mərasim
bir daha sübut edəcək ki, Təzəpir məscidi yaşayır və yaşadır.
Təzəpir məscidi
95 il əvvəl onun ilk qurucusu Nabat xanımı, ilk təməl daşını
qoyan H.Z.Tağıyevi,
layihəsinin müəllifi
Zivərbəy Əhmədbəyovu
unutmadığı kimi,
bu gün Təzəpir məscidinə
yeni həyat verən və onu məscid kompleksinə çevirən
İNSANLARI da heç
vaxt unutmayacaqdır.
Təzəpir məscidinin çoxsaylı
dindarları Azərbaycanın
ərazi bütövlüyünün
təmin olunması üçün haqq davası, millət davası və torpaq davası aparan Azərbaycan rəhbərliyini müdafiə
etmiş və müdafiə edəcəkdir. Bunu Təzəpirin
şərəfli tarixi
də sübut edir.
TƏZƏLƏNƏN
TƏZƏPİR
“Allahın məscidlərini
yalnız Allaha və qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar inşa edə (və ya təmir edə) bilərlər
(yalnız bu qəbilədən olan şəxslərin əməlləri
Allah dərgahında qəbul
olunar). Məhz onlar doğru yolu tapa bilənlərdən
ola bilərlər!”
( Qur`ani-Kərim,
Tövbə surəsi,
18).
Təzəpir məscidinin yenidən
bərpasını zəruriləşdirən
bir neçə səbəb var idi: Əvvəla, uzun illər ərzində aparılan cari təmir işlərinə
baxmayaraq, məscidin kommunikasiya xətləri köhnəlmiş və yararsız hala düşmüşdü. Məscidin ətraf
ərazilərini köhnə
tikililər əhatə
etmiş, gediş-gəliş
yolları tıxanmış,
yuxarı məhəllələrdən
axıb gələn çirkab suları binanın özülünü
qismən zədələmişdi.
Məscidin günbəzində
çatlar əmələ
gəlmiş, iç dekorativ
naxışların pozulmaq
təhlükəsi yaranmasına
məruz qalmışdı.
İkincisi məscid kompleksi ərazisində yerləşən
Qafqaz Müsəlmanları
İdarəsinin inzibati
və Bakı İslam Universitetinin tədris binalarının
tamamilə yararsız
vəziyyətdə olması
idi. Bu tikililər praktik
baxımdan müasir tələblərə cavab
vermir, texniki qüsurları ilə
normal iş şəraitinə
əngəl törədirdilər.
Qafqaz Müsəlmanları İdarəsinin
beynəlxalq əlaqələrinin,
ictimai nüfuzunun gücləndiyi, Bakı İslam Universitetinin regionun tanınmış dini müəssisəsinə
çevrildiyi bir dönəmdə belə çatışmazlıqlar, əlbəttə,
diqqəti cəlb etməyə bilməzdi.
Azərbaycan dövlətinin dini
və milli-mənəvi
dəyərlərə münasibətinin,
tarixi abidələrimizə
diqqət və qaygısının
daima canlı şahidi olan Şeyxülislam Hacı Allahşükür Paşazadə
həzrətləri din xadimlərinin təmirata dəstək xahişini ölkə rəhbərimizə çatdırdı.
Bu müraciətin möhtərəm Prezidentimiz
İlham Əliyev tərəfindən qəbul
edilməsi və tikintini xüsusi nəzarətdə saxlaması
dövlətimizin İslam
dininə olan ehtiramının ən bariz nümunəsidir.
Müsəlmanlar cənab
Prezidentin timsalında
ölkədə etiqad
azadlığının və
dini tolerantlığın
qarantını, həm
də tarixi dəyərlərimizin qoruyucusunu
və gələcək
ənənələrimizin memarını gördülər.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan
Azərbaycan dövlətçiliyinin,
milli demokratiya prinsiplərinin, dini etiqad və vicdan azadlığının
bərqərar olmasında
bu siyasi kursun layiqli davamçısı möhtərəm
İlham Əliyev cənablarının xidmətləri
hər zaman dünya müsəlmanlarının
və beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmuşdur. Son illərdə Azərbaycanın
bütün dini ocaqlarında yüksək
səviyyədə aparılan
yenidənqurma işləri
dövlət başçımızın
xalqın milli-mənəvi
dəyərlərinə, mədəni
və tarixi zənginliyinə verdiyi qiymətin ən gözəl nümunəsidir.
Prezident İlham Əliyev
Təzəpir məscidi
kompleksinin yenidən bərpasında əvəzolunmaz
xidmətlərinə görə
heç vaxt müsəlmanların xeyir-dualarından
əskik olmayacaqdır. Rəsmən tikintinin gedişatını
izləmək üçün
Təzəpiri üç
dəfə ziyarət
etsə də, qeyri-rəsmi iş görüşləri, telefon
bağlantıları, maddi
və mənəvi dəstəyi, hətta tərtibat prosesində şəxsi iştirakı
onu xalqın qəlbində əfsanəvi
qurucuya və Təzəpirin həqiqi Memarına çevirmişdir. “Memar”
adı – həm böyük ümumxalq məhəbbətinin göstəricisi,
həm də sabahın tarixi salnaməsinə yazılacaq
ən şərəfli
səhifədir.
Məhz Prezident İlham Əliyevin göstərişi
əsasında 2005-ci ildə
məscidin bərpası
və ətraf ərazilərin rekonstruksiyası
layihəsi hazırlandı. Layihədə
Təzəpir məscidinin
ilkin görkəminə
qaytarılması məqsədilə
yenidən bərpası
və əzəli memarlığına xələl
gətirməyən elementlərin
əlavə edilməsi öz
əksini tapmışdı.
Layihənin memarlıq işləri
Ə.Məmmədova, bərpa
F.Miralayevə, interyer
tərtibatı E.Mikayılzadəyə
həvalə olundu.
“Azərlayihə” İnstitutu
tərəfindən işlənib
hazırlanan layihənin
icraatını “İnam-AŞ”
şirkəti ( direktor Ə.Həbibov)
həyata keçirdi.
2006-2009-cu illər ərzində
Təzəpir məscid
kompleksində aparılan
tikinti prosesi nəticəsində əsaslı
dəyişikliklər baş
vermişdir. Məscidin ətrafı sonradan
tökülmüş torpaq
qatlarından təmizlənərkən
onun kürsülük
səviyyəsi üzə
çıxmış, xarab
olan kürsü daşları dəyişdirilmişdir.
Sınmış və çatlamış
divar daşları yeniləri ilə əvəz olunmuş, divarlar kimyəvi maddələrlə ümumilikdə
3 dəfə yuyulmuşdur.
Deformasiyaya uğramış və əksəriyyəti
çürümüş qapı və pəncərələr qırmızı
şam agacından olan yeni qapı
və pəncərələrlə,
minarənin çürümüş
məhəccəri döymə
üsulu ilə hazırlanmış yeni məhəccərlə əvəzlənmişdir.
Məscidin daxilində müasir
texnologiya ilə havalandırma və soyutma sistemləri quraşdırılmış, döşəmə
hissəsi 30 sm-ə qədər dərinliyə
salınaraq döşəməaltı
istilik sistemi qurulmuşdur. Döşəməyə
720 nəfərlik “Namazgah”
xalı döşənmişdir.
(Ardı var)
Anar İSGƏNDƏROV,
Tarix elmləri doktoru,
professor
525-ci qəzet.-
2013.- 15 iyun.- S.22.